Əfqanıstanda törədilmiş hücumda azı 11 adam ölüb

Əfqanıstanın Fərəh əyalətində intiharçıların yerli qubernatorun ofisinə hücumu nəticəsində azı 7 adam ölüb, 12 nəfərsə yaralanıb.

Ölənlərdən 6-nın polis, 1-nin isə mülki sakin olduğu xəbər verilir.

Döyüş təxminən 2 saat çəkib.

İntiharçılardan biri özünü administrativ kompleksin girəcəyində partladıb.

Bundan sonra 3 yaraqlı əraziyə daxil olub və döyüş başlayıb.

Polisin məlumatına görə hücum edənlərin 4-də öldürülüb.