İslamabaddakı xarici nümayəndəliklər şübhəli bağlamalar alıb

İslamabaddakı bir neçə xarici nümayəndəlik çərşənbə günü içərisində şübhəli toz və məktub olan bağlama alıb.

Məktubda Əfqanıstandakı NATO əsgərləri zəhərlənməklə hədələnir.

Bu barədə France-Presse agentliliyinə İslamabadın polis rəisi məlumat verib.

O Fransa səfirliyi, habelə Avstraliya və Böyük Britaniyanın diplomatik nümayəndəliklərinə bu cür bağlamalar göndərildiyini deyir.

Tozlar yoxlanmaq üçün laboratoriyaya göndərilib.