Avro düşməkdə davam edir

Yunanıstandakı son siyasi böhrana görə avronun dollara nisbətdə məzənnəsi düşür.
Hazırda 1 avro 1 dollar 27 sentdir.

Son gün ərzində Yunanıstan banklarından 800 milyondan çox avro çıxarılıb.

Ölkədəki siyasi partiyalar koalision hökumət yarada bilmədiklərindən İyunun 17-də ölkədə yeni seçki keçiriləcək.

Bu müddət ərzində ölkəni müvəqqəti-texniki hökumət idarə edəcək.

Yeni seçkilərdə büdcə xərclərinin ixtisarına qarşı çıxan partiyalar qalib gələ bilər.

Kəskin iqtisadi tədbirlər borc böhranıyla üzləşmiş Yunanıstanın beynəlxalq yardım almasında əsas şərtdir.