Ali məktəblərə sənəd qəbulu başa çatır

Azerbaijan - Exam photo, generic

Azərbaycanda ali məktəblərə sənəd qəbulu bu gün – mayın 15-i başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, ali məktəblərə aprelin 10-dan başlayan sənəd qəbulu bu gün axsam saat 00.00-da yekunlaşacaq.

Bu gündən abituriyentlər «Elektron ərizə»lərini müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiqlətməyə başlayacaqlar. Ərizələrin təsdiqi mayın 18-də, saat 17.00-da başa çatacaq.

E. Nağızadə deyib ki, bu gün saat 10.30-a olan məlumata görə, ali məktəblərə sənəd verən abituriyentlərdən 98222 nəfəri öz «Elketron ərizə»lərini təsdiqləyib.

Onlardan 88 minə yaxını Azərbaycan, 10.300-dən çoxu rus bölməsinin məzunudur. I ixtisas qrupu üzrə 32460, II ixtisas qrupu üzrə 22281, III ixtisas qrupu üzrə 30261, IV ixtisas qrupu üzrə isə 13220 nəfər sənəd verib.