Gürcüstan futbol üzrə Avropa birinciliyini keçirməyə Azərbaycansız müraciət edir

Gürcüstan bildirib ki, 2020-ci ilin futbol üzrə Avropa birinciliyinin finalını keçirməyə təkbaşına müraciət edəcək.

Gürcüstan bununla əvvəlki planından – Azərbaycanla
birlikdə müraciət etmək planından imtina etmiş olur.

Gürcüstanın idman naziri Vardzelashvili deyib ki, Azərbaycan 2020-ci ilin Yay Olimpiaya Oyunlarına ev sahibliyi üçün müraciət edəndən sonra Gürcüstan da futbol üzrə Avropa birinciliyini müstəqil keçirmək qərarına gəlib.