Yer kürəsinin ən dəqiq fotosu çəkildi [VIDEO]

Yer kürəsinin ən dəqiq fotosu

Yer kürəsinin indiyəcən çəkilmiş ən dəqiq fotosu yayınlanıb.

Fotonu Rusiya peyki çəkib.

Planetin əvvəllər çəkilmiş "mavi mərmər" fotolarından fərqli olaraq bu fotoda yaşıllıq ərazilər narıncı, düzənlik və səhralıqlar isə yaşıl rəngdədir.

Yeni foto çox yüksək dəqiqliyə malikdir: 121 meqapiksel. Hər kilometr 1 pikseldir.

(Fotonu burada daha yaxından izləmək olar)

Fotonu çəkən Elektro-L peyki Rusiyanın müstəqillik dövründə istehsal etdiyi ilk peykdir.

O, fotoları ekvatordan 36 000 kilometr hündürlükdə çəkib.