Bolqarıstan parlamentinin sədri Bakıya gəlib

Bolqarıstan parlamentinin sədri Tsetska Tsacheva mayın 13-də Bakıya gəlib.

Səfərdə məqsəd iki ölkə arasında parlamentlərarası münasibətləri genişləndirmək və ikitərəfli əlaqələri daha da inkişaf etdirməkdir.

Danışıqlar zamanı beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq və müxtəlif sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılacaq.