Türkiyədə daha 11 general həbs edilib

Onlar 1997-ci ilin fevralında hərbi çevrilişə cəhddə ittiham olunurlar.

AzadlıqRadiosunun müxbiri, hərbi hava qüvvələrinin hazırkı marşalı da daxil olmaqla, hazırda işləyən və istefada olan 11 generalın həbs edildiyini xəbər verir.

Hazırda Türkiyədə 1980-ci ildə baş vermiş hərbi çevrilişin təşkilatçıları üzərində daha bir məhkəmə prossesi gedir.