Yulia Tymoshenko xəstəxanaya aparılıb

Mayın 9-da Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenko saxlanıldığı Xarkov həbsxanasından şəhər xəstəxanasına aparılıb. Onun müalicəsi ilə alman həkim Luts Harms məşğul olacaq.

Yulia Tymoshenkoya onurğa sütununda fəqərə yırtığı diaqnozu qoyulub.