Suriya tankları üçün lazım olan dizelin idxalı azalıb

Reuters agentliyi xəbər verir ki, son 1 ay ərzində Suriyaya dizel satışı azalıb.

Ağır texnika, o cümlədən tanklar üçün lazım olan dizel yanacağı Suriyaya Rusiyadan gətirilir.

Banias və Tartous limanlarına 4 həftədir dizel daşıyan gəmi gəlmir.

Suriyada son 1 ildə davam edən üsyanın yatırılmasında tanklardan geniş istifadə edilir.