Yerevandakı mitinqdə şarlar partladı. Yaralananlar var

Sizin brauzer HTML5-i dəstəkləmir

Mayın 4-ü Yerevanın «Respublika» meydanında hakim partiyanın seçkiöncəsi keçirdiyi mitinq-konsertdə insident baş verib.

Mitinqçilərin əllərində olan qazla doldurulmuş hava şarları partlayıb.

140-dan çox adamın yanıq xəsarəti aldığı bildirilir. Onlardan 50-si xəstəxanaya yerləşdirilib.

Hadisənin siqaret və ya alışqandan ehtiyatsız davranma nəticəsində baş verdiyi ehtimal olunur.