Cümə günü Şamaxıda qaz olmayacaq

Foto arxiv

Cümə günü Şamaxı rayonunun qazla təchizatında məhdudiyyətlər olacaq.

ANS PRESS-in Azərbaycan Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, təmir işləri ilə əlaqədar mayın 4-ü saat 09:00-dan 19:00-dək “Şamaxı” və “Çuxuryurd” Avtomatik Qazpaylayıcı stansiyalardan təchizat dayandırılacaq.

Bu müddət ərzində Şamaxı şəhəri də daxil olmaqla, rayonun Çuxuryurd, Nağaraxana, Məlhəm və Əngixaran kəndlərinin qazla təhcizatında fasilələr yaranacaq.