Rusiyada sursatın partlaması nəticəsində 6 əsgər ölüb

Rusiyanın Nijeqorodsk vilayətindəki hərbi poliqonda baş vermiş partlayış nəticəsində 6 əsgər ölüb, 4-ü isə yaralanıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, partlayış çərşənbə günü əsgərlər silinməli olan sursatları boşaldarkən baş verib.

Hadisə Mulino qəsəbəsinin yaxınlığındakı hərbi paliqonda baş verib.

Ötən il Rusiyanın hərbi poliqonlarında baş vermiş 5 partlayışda 20-ə yaxın adam ölüb.