Taxta kilsələr yoxa çıxır

Kitabda dərc olunan şəkillərdən biri

Rusiya arxitekturasının incilərindən sayılan taxta kilsələr yer üzündən silinmək üzrədir. Mövcud olduqları yüz illər ərzində sərt hava şəraiti, yanğınlar, müharibələr və etinasızlıq bu abidələrin sıradan çıxmasına səbəb olub.

1700-cü illərdə inşa edilən taxta kilsələrdən hazırda 200-ə yaxını salamatdır. Bunlar əsasən Arxangelsk vilayəti, Kareliya və Voloqdada yerləşir.

2002-ci ildən etibarən arxitektur abidələrin fotoqrafı Richard Davies itməkdə olan mədəniyyət abidələrinin silsilə şəkillərini hazırlayıb. İngilis fotoqrafı doqquz il ərzində Rusiyanın müxtəlif vilayətlərini gəzib və bu əziyyətin nəticəsində “Taxta kilsələr - Rusiyanın şimalına səyahət” adlı kitabını dərc etdirib. Davies ümid edir ki, bu kitab Rusiyanı gözləyən mədəni faciənin qarşısını almağa yardımçı olacaq.