Azərbaycanlı yazıçının kitabı Türkiyədə çap edildi

İstanbulun “Gökyüzü” nəşriyyatı yazıçı Azər Abdullanın “Azerbaycandan hikayeler” adlı kitabını çap edib.

Xanəmir Telmanoğlunun ön sözü ilə başlayan kitaba yazıçının üç povesti, on üç hekayəsi və qısa tərcümeyi-halı daxil edilib.

Əsərləri Ayişə Nəbi və Xanəmir Telmanoğlu Türkiyə türkcəsinə uyğunlaşdırıb.

Yazıçının “Çiçək yağışı” (“Dojd tsvetov”) hekayəsi isə Rusiyanın Krosnoyarsk şəhərində nəşr olunan “Den i noç” ədəbi jurnalının mart sayında dərc olunub.

Azər Abdulla 1940-cı il aprelin 1-də Ermənistan SSR-in Lök kəndində anadan olub.

Yazıçı erməni şovinizmi, azərbaycanlılara öz dədə-baba yurdlarında təzyiqlər kimi mövzulara tez-tez toxunur.

Hazırda "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin baş redaktorudur.

"Nazim Hikmət və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.