17 yaşlı gənc özünü Kürə atıb

Kür çayı

Şirvan şəhərində 17 yaşlı oğlan intihar edib.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında gedən məlumata görə, 1995-ci il təvəllüdlü
Rafiq Quluzadə şənbə günü özünü Kürə ataraq intihar edib.

FHN-nin dalğıc-xilasediciləri hadisə yerində axtarış aparırlar.

Rafiq Quluzadənin ən yaxın xilasetmə məntəqəsindən, təxminən 10 km aralıda, nəzarətsiz ərazidə batdığı ehtimal olunur.