Bakıdan İstanbula yeni aviareys açılır

Mayın 10-dan «Azərbaycan Hava Yolları» QSC (AZAL) İstanbulun Sabiha Gökçen hava limanına ardıcıl uçuşlara başlayır.
 
AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli AzadlıqRadiosuna verdiyi məlumata görə Heydər Əliyev Beynəlxalq Aeroportdan Sabiha Gökçen hava limanına uçuşlar bazar ertəsi, çərşənbə və şənbə günləri saat 07:50-də, çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri isə saat 17:50-də gerçəkləşəcək.
 
Reyslər Türkiyənin «Pegasus» aviaşirkəti ilə birgə, «Airbus-319/320» tipli təyyarələrlə həyata keçiriləcək.