Terrorçuların kimliyini deyən 250 min dollar alacaq

Şəhərdə 4 partlayış törədilib

Ukrayna hakimiyyəti Dnepropetrovskdakı partlayışları törədənlər barədə məlumat verənə 250 min dollar mükafat vəd edir.

Bunu ölkə prezidenti Viktor Yanukovych Dnepropetrovskda keçirdiyi qapalı iclasdan sonra bəyan edib.

Aprelin 27-də bu şəhərdə 4 partlayış törədilib. 10 uşaq da daxil olmaqla 30 adam yaralanıb.

Partlayışlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, mayın 2-dək kütləvi tədbirlər ləğv edilib.

Terror maddəsi ilə cinayət işi başlanıb.
http://www.youtube.com/embed/Ondsd6lzYqI?rel=0