Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi açılıb

Aprelin 28-də Bakıda Türkiyə universitetlərinin xüsusiləşmiş təhsil sərgisi açılıb.

APA-nın məlumatına görə, sərgidə 30-a yaxın Türkiyə universiteti iştirak edir.

Sərginin açılışında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da iştirak edib. Səfir Türkiyədə 4000-dək azərbaycanlı tələbənin təhsil aldığını deyib.