Taliban Qəndəharda hökumət binalarına hücum edib

Əfqanıstanın Qəndəhar əyalətində baş vermiş atışmada təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı və 2 yaraqlı ölüb.

Yaraqlılar hökumət binalarının yerləşdiyi əraziyə soxulublar.

Onların üzərində partlayıçı kəmər, əl qumbaraları və avtomat silah olub.

Qarşıdurma yarım saat çəkib.

Məmurlardan xəsarət alan olmayıb.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.