Paytaxtda müasir parkinq sistemi yaradılacaq

Payızda Azərbaycanın Nəqliyyat Nazirliyi Bakıda müasir parkinq sisteminin yaradılması üzrə tender elan edəcək.

Bu barədə «Trend»ə tenderdə iştirak etmək istəyən şirkətdəki mənbə bildirib.

Layihəyə müasir informasiya-telekommunikasiya sistemləri əsasında işləyəcək 100-ə yaxın park daxil olacaq.

«Tender ilin ikinci yarısında, çox güman ki, payızda elan ediləcək», - mənbə deyib.

Layihə 1.5 il ərzində reallaşdırılacaq.