Danimarkada üç nəfər terror şübhəlisi kimi saxlanıb


Danimarkanın xüsusi xidmət orqanları üç nəfəri terror şübhəlisi kimi saxlayıb.

Aprelin 27-də yayılan rəsmi məlumatda bildirilir ki, onlardan silah və partlayıcı maddələr götürülüb. Amma onların planları haqqında məlumat verilmir.

Tutulanlardan biri İordaniya, biri Türkiyə, biri isə Danimarka vətəndaşıdır.