ABŞ Okinavadan 9 000 əsgərini geri çəkir

ABŞ Yaponiyanın Okinava adasından 9 000 əsgərini geri öz ərazilərinə çəkir. ABŞ vaxtilə Yaponiyanın müdafiəsini gücləndirmək üçün bu adaya əsgər yerləşdirmişdi. Onların çıxarılması üçün konkret vaxt müəyyən olunmamışdı.

1995-ci ildə üç ABŞ əsgərinin yaponiyalı məktəbli qızı qaçırıb zorlamasına görə iki ölkə arasında gərginlik yaranmışdı.