Osama bin Ladenin ailəsi Səudiyyə Ərəbistanına göndərilib

Osama bin Ladenin ailəsi Pakistandan çıxarılıb. Pakistan hakimiyyət nümayəndələrinin bildirdiyinə görə, bin Ladenin üç arvadı və uşaqları təyyarə ilə Səudiyyə Ərəbistanına göndərilib.

Osama bin Laden 2011-ci il mayın 2-də ABŞ xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində İslamabad yaxınlığındakı evində öldürülmüşdü. Həmin vaxt Osama bin Ladenin ailəsi xəsarət almamışdı.