ABŞ Nigeriyada qəzet redaksiyasına olan hücumu pisləyib

ABŞ Nigeriyanın ən böyük qəzetlərindən biri olan ThisDay qəzetinə olan hücumu pisləyib. Həmin hücum nəticəsində 8 adam öldürülüb, bir neçə adam yaralanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland bildirib ki, bu, söz azadlığına olan hücumdur.

Polis bildirib ki, qəzetin redaksiyasındakı partlayışı intiharçı törədib.