Rumınyada vertolyot qəzasında azı 5 nəfər ölüb

Rumınyanın şərqində sərnişin vertolyotunun qəzaya uğraması nəticəsində 5 adam ölüb, 3 nəfərsə ağır vəziyyətdə xəstəxanaya götürülüb.

Vertolyot Moldova şirkətinə məxsusdur.

Rusiya agentliklərinin məlumatına görə onlar Ukrayna və Moldova vətəndaşlarıdır.

Vertolyot Moldovanın paytaxtı Kişinaudan Türkiyəyə uçurmuş.
Qəzanın səbəbi araşdırılır.