Nigeriyanın paytaxtında redaksiya partladılıb,ölənlər var

Cümə axşamı Nigeriyanın paytaxtı Abucada, “ThisDay” qəzetinin redaksiyasında törədilmiş partlayışda 3 nəfər ölüb, 5 nəfərsə yaralanıb.

Partlayışı intiharçı törədib.

O minalanmış maşını binaya çırpıb.

Ölənlərin arasında jurnalist yoxdur.

Elə həmin gün qəzetin Kaduna şəhərindəki yerli ofisində partlayış törədilib.
3 nəfər xəsarət alıb.