Avropalı diplomat “arzuolunmaz şəxs” elan edilib

Aprelin 25-də Abxaziya Avropa Birliyinin Gürcüstandakı Monitorinq Missiyasının rəhbərini “persona non grata” elan edib.

Abxaziyanın faktiki xarici işlər naziri deyir ki, Polşadan olan diplomat Andrzej Tyszkiewicz Abxaziyanın xahişinə məhəl qoymur və “abxaz xalqına sayğısızlıq nümayiş etdirir”.

AB monitorinq qrupu və ATƏT nümayəndələri Rusiya, Gürcüstan və Abxaziya rəsmilərilə hər ay görüşlər keçirir. Bu görüşlər regionda gərginliyin azaldılmasına yönəldilib.

Abxaz rəsmiləri Gali bölgəsində keçirilən son toplantıya qatılmaqdan timtina edib.

Abxaziya 1990-cı illərin əvvəlində Gürcüstandan ayrıldığını elan edib. Rusiya Abxaziya və Gürcüstanın digər regionu Cənubi Osetiyanın müstəqilliyini 2008-ci ildə - Gürcüstan Rusiya müharibəsindən sonra tanıyıb.