Əfqanıstanda 4 NATO əsgəri ölüb

Ətən gün ərzində Əfqanıstanda 4 NATO əsgəri həlak olub.

Beynəlxalq komandanlığın məlumatına görə, onlardan 2-si ölkənin cənubunda törədilmiş partlayışlar, 2-si isə bədbəxt hadisə nəticəsində həlak olub.

Əsgərlərin milliyəti açıqlanmır.

Təkcə bu ilin aprelində Əfqanıstanda 31, ilin əvvəllərindən bu yana isə120-dən çox NATO əsgəri ölüb.