İlham Əliyev Avropa Birliyinin xüsusi nümayəndəsi Philipe Lefortu qəbul edib

Philippe Lefort

Azərbaycan prezidenti İlham Əliyev aprelin 25-də Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Philipe Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı fikir mübadiləsi aparılıb.