BMT müşahidəçilərin sayını artıraq istəyir

BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annan Suriyada zorakılıqların qarşısının alınması üçün müşahidəçilərin sayının artırılmasına çağırıb.

İki həftə əvvəl Suriyaya BMT-nin 11 müşahidəçisinin gəlməsinə baxmayaraq ölkədə qanlı qarşıdurmalar davam edir.

BMT Suriyaya göndərəcəyi müşahidəçilərin sayını 300-ə çatdırmaq istəyir.