Putinin sözçüsü müxalifət liderlərini "sıfırlar" adlandırıb

Rusiyanın yeni prezidenti seçilmiş Vladimir Putinin sözçüsü Dmitri Peskov  müxalifət liderləri haqda deyib ki, onların  ideyaları yoxdur,  çoxusu isə xarizması olmayan “sıfırlar”dır.

Reutersə müsahibə verən Peskov deyib ki, müxalifət liderləri nümayiş keçirmək üçün şüara və xarizmaya malik deyillər.

O həmçinin müxalifət liderlərini qeyri-konstruktivlikdə günahlandırıb.