Daşkəsənə yeni su kəməri çəkilir

Daşkəsən rayonuna 22 kilometrlik Gurbulaq-Daşkəsən su kəməri çəkilir.

Rayonun içməli su tələbatını ödəyəcək kəmərin inşası 25 milyon manata başa gələcək.

Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib. Bildirilib ki, bu layihə
Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əldə olunan razılığa əsasən «Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə»yə əsasən reallaşır.

Layihə Daşkəsən şəhəri ilə yanaşı Mədənçilər və Alunitdağ qəsəbələrini əhatə edəcək.