Avstraliya parlamentinin sədri seksual qalmaqalla üzləşib

Avstraliya müxalifəti parlamentin sədri Peter Slipperin istefasını tələb edir.

O vaxtilə tabeçiliyində işləyən 33 yaşlı James Ashby ilə seksual qalmaqalda ittiham olunur.

Amma spiker ittihamı rədd edir.

Birləşmiş Ştatlardan qayıdan parlament sədri bu barədə jurnalistlərə açıqlama verməkdən imtina edib.