İraqda 2 əsgər və 2 polis öldürülüb

İraqın Mosul şəhərində törədilmiş partlayış və toqquşma nəticəsində 4 adam ölüb.

Hərpi patrulun əl Şura rayonunda yolda minaya düşməsi nəticəsində 2 əsgər ölüb, 3-ü isə yaralanıb.

Qonşu əl Mənsur rayonundakı nəzarət-buraxılış məntəqəsinin ətrafında yaraqlılarla atışmada isə 2 polis ölüb.

Cümə axşamı ölkənin müxtəlif rayonlarında törədilmiş partlayışlarda 30-a yaxın adam ölüb.