Şimali Koreya yaxın vaxtlarda nüvə sınağı keçirə bilər

Bu barədə Cənubi Koreya mətbuatı hökumətdəki mənbələrə istinadla xəbər verir.

“Coson İlbo” (Chosun İlbo) qəzeti yazır ki, Pxenyan 3-cü nüvə sınağına hazırlığı artıq başa çatdırıb və yaxın 2 həftə ərzində onu həyata keçirə bilər.

Qəzet sınağın ölkənin şimal-şərqindəki paliqonda keçiriləcəyini yazır.

Cənubi Koreyanın müdafiə nazirliyi məlumata münasibət bildirməyib.