Avropa ABŞ-a uçan sərnişinlər barədə məlumat verəcək

Avropa indən belə ABŞ-a uçan sərnişinlər barədə Vaşinqtona məlumat verəcək.

Cümə axşamı Avropa Parlamentində müvafiq qanun layihəsi qəbul olunub.

Bu yalnız Avropa Birliyi ölkələri ilə ABŞ arasındakı reyslərə aiddir.

Söhbət sərnişinlərin adı, telefon nömrəsi, kredit kartları, habelə səhhəti və yeməyə münasibəti barədə məlumatdan gedir.

Bu məlumatlar Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Xidmətinə göndəriləcək.

Razılaşmanın tərəfdarları bunu terrorçuluqla mübarizədə vacib addım hesab edirlər.

Amma bu cür ehtimallar da var ki, bu məlumatlardan başqa məqsədlər üçün də istifadə oluna bilər və bu insan haqlarının pozulmasına səbəb ola bilər.