2 əsgər yoldaşını öldürdü, 2-sini yaraladı

Aprelin 17-də Müdafiə Nazirliyinin Şəmkirdəki hərbi hissəsində ölümlə nəticələnən cinayət hadisəsi baş verib.

Əsgər Vüqar Məmmədov avtomat silahdan atəş açaraq əsgərlər Pünhan NağızadəMüseyib Hüseynovu öldürüb, daha 2 əsgəri isə yaralayıb.

Vüqar Məmmədov həbs edilib. Fakt üzrə cinayət işi başlanılıb.

Hazırda Müdafiə Nazirliyinin komissiyası Hərbi Prokurorluqla birlikdə hadisənin səbəblərini araşdırır.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.