Nəsimi və Nərimanov rayonlarında su kəsiləcək

Aprelin 16-da Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.

Suların kəsilməsinə səbəb magistral su kəmərlərinin yenilənməsi işlərilə əlaqədardır.