Əfqanıstanda 4 polis öldürülüb

Əfqanıstanın şərqində törədilmiş partlayışda 4 polis ölüb.

Kapisa əyalətinin rəsmisi Gais Ghaderinin məlumatına görə, yerli polis idarəsinin rəisi Jan
Aga Faizi də ölənlərin arasındadır və çox güman ki, hədəf də elə o olub.

Polisin maşın karvanı əyalətin paytaxtı Mahmudraki şəhərinə gedərkən yolda partlayış baş verib.

Ghaderinin sözlərinə görə bomba uzaqdan idarə olunan qurğuyla partladılıb.