Bin Ladenin ailə üzvləri Pakistandan deportasiya ediləcək

Əl Qaidənin keçmiş lideri Usama Bin Ladenin 3 həyat yoldaşı və qızları Pakistandan Səudiyyə Ərəbistanına deportasiya ediləcəklər.

Məlumatı onların vəkilləri yayıb.
Pakistan məhkəməsi aprelin əvvəllərində Bin Ladenin 3 həyat yoldaşı və 2 qızını 45 günlük ev dustaqlığına məhkum edib.

Onlar sərhəddi qanunsuz keçməkdə ittiham olunurlar.

Bin Laden ötən ilin mayında ABŞ ordusunun Pakistanın Abadobad şəhərində keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb.