Ermənistanda Azərbaycan Film Festivalına etiraz
Sizin brauzer HTML5-i dəstəkləmir
"Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi" təşkilatı Ermənistanın Gümrü şəhərində Azərbaycan filmlərinin festivalını keçirməyi nəzərdə tuturdu. Aprelin 11-də Gümrü şəhər meri də daxil olmaqla bir qrup şəhər sakini Azərbaycan filmlərinin nümayişinə etiraz edib. Şəhərin mərkəzində toplaşan etirazçılar festivalın ləğv olunmasını tələb ediblər. Aksiyada "Azərbaycan filmlərinə yox" şüarları, festival təşkilatçılarının ünvanına millətçi məzmunlu ittihamlar səslənib.