«Rifah indeksi»ndə azərbaycanlıların 9 faizi həyatından razılıq edir

Bakı

Dünyada hər 4 adamdan 1-i özünü uğurlu sayır.

Bu, ABŞ-da yerləşən «Gallup» mərkəzinin apardığı sorğu nəticələri əsasında verdiyi məlumatdır.

«Gallup» aprelin 11-də keçən il 146 ölkədə apardığı sorğunun nəticələrini elan edib. Qurum bildirir ki, özünü uğurlu hesab edənlər əsasən Danimarkadadırlar. Bu ölkədə rəyi soruşulanların 74 faizi durumundan tam razılıq edib. Ən çox narazılıq edən isə Kambocada olub. Bu ölkədə sorğuda iştirak edənlərin cəmi 2 faizi vəziyyətindən tam razı olduğunu deyib.

«Gallup» sorğusunu Azərbaycanda da keçirib və burada rəyi soruşulanların yalnız 9 faizi durumundan tam razılıq edib. 78 faizi isə həyatından qismən razılıq edərək çətinliklərin olduğunu deyib. 12 faizi isə ümumiyyətlə bataqlığa düşdüyünü bildirib.

Ölkələr Razılıq səviyyəsi
Razıyam Qismən razıyam Çox çətinlik çəkirəm

Rusiya

22% 58% 19%

Türkiyə

24% 56% 20%

Azərbaycan

9% 78% 12%

İran

20% 55% 26%

Ermənistan

8% 57% 35%

Türkmənistan

32% 67% 2%

Qazaxıstan

31% 58% 11%

Sorğu keçirilən 146 ölkədən 28-də insanlar daha çox narazıdırlar. Əsasən Afrika qitəsindən olan bu ölkələrdə əhalinin 90 faizdən çoxu pis vəziyyətdə yaşadığını deyib.

Sorğuya görə, cəmi 17 ölkədə insanların 50 faizdən çoxu özlərini uğurlu hesab edirlər.

2011-ci ildə rifah səviyyəsindən ən çox razı olanların yaşadıqları ölkələr

Ölkələr Razılıq səviyyəsi

Danimarka

74%

Kanada

66%

Niderland

66%

İsrail

65%

İsveç

65%

Avstraliya

64%

Finlandiya

64%

Yeni Zelandiya

60%

Avstriya

59%

Braziliya

59%

Kosta-Rika

58%

Birləşmiş Ərəb Əmirlikləri

58%

ABŞ

56%

Panama

55%

İrlandiya

54%

Argentina

53%

Oman

51%