Qulu Ağsəs ilk sevgilisi ilə görüşmək istəmədi

.
BEŞMƏRTƏBƏ layihəsi

Hər dəfə layihə iştirakçısı 5 suala 5 versiyada cavab verir. Şərtə görə, cavabda "hə" və ya "yox" variantlarından biri seçilməli, ona bir cümləlik izah əlavə olunmalıdır.

Layihənin növbəti qonağı şair Qulu Ağsəsdir.

Dəyişmək istərdinizmi?

1. İllərin sürətini...
- Hə. Çünki illərin hara getdiyini bilirəm.
2. Çevrənizi...
- Yox. Onsuz da çevrədən çıxmaq olmur.
3. Adınızı...
- Yox. Qulu Ağsəs adı kimdə var?!
4. Yaşınızı...
- Yox. Ömrün “günortasındayam”, indi-indi sümüklərim qizir.
5. Bədəninizi...
- Yox. Öz paltarım əynimə yaxşı oturur.

Görüşməyi arzulardınızmı?

1. Yadplanetlilərlə...
- Hə. Onlardan eşidəcəyim ilk sözü kitabıma ad qoyardım.
2. İlk sevginizlə (ilk sevdiyinizlə)...
- Yox. Birdən bir-birimizi tanimarıq.
3. Məhəmməd Füzuli ilə...
- Hə. Özü də Məcnun yaşlarında.
4. Vanqa nənə ilə...
- Yox. Onunla baba olanda görüşərik.
5. İlk insan olan Adəmlə...
- Yox. Bir gündə nə qədər adamla görüşmək olar?!

Darıxırsızmı?

1. Uşaqlığınız üçün...
- Yox. Ondan hələ də ayrılmamışam.
2. Uzaq bir yer üçün...
- Yox. Balamdan ayrı qala bilmərəm.
3. Dünyasını dəyişmiş kimsədən ötrü...
- Yox. Hər dünyanın öz gözəlliyi var.
4. Gələcəyi gözləməkdən...
- Yox. Əksinə, ləzzət alıram.
5. Bəzən izahsız...
- Hə. Bəzən izahsız, bəzən də izahlı.

Oxuya bilirsizmi?

1. Hər gün kitab...
- Yox. Vaxt olmur.
2. Hər səhər qəzet...
- Hə. Qəzet yaxşı yol yoldaşıdır.
3. Elektron material...
- Hə. Axır ki, mən də ilişdim...
4. Mahnı...
- Yox. Amma çoxunun sözünü əzbər bilirəm.
5. İnsanları üzündən...
- Hə. Bilirsiz, orda nələr yazılıb?!

İnanırsızmı?

1. Sevdiyinizə yüz faiz...
- Yox. Faizlə sevmirəm.
2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...
- Hə. Yoxsa yaşamaq olmaz ki...
3. Allaha...
- Hə. Ondan yoxdu!!!
4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...
- Yox. Amma çox vaxt aldanıram.
5. “Siz hamıdan yaxşı adamsınız” sözünə...
- Yox. Necə adam olduğumu başqasından niyə öyrənməliyəm?!

publika.az