Bir agentliyə büdcədən 121 milyon manat ayrılıb...

Arxiv foto

Budget.az saytı hökumətin 2012-ci ildə dövlət büdcəsindən ayıracağı investisiya xərclərinin siyahısını açıqlayıb. 2012-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün 5 milyard 774 milyon 100 min manat nəzərdə tutulub.

İnvestisiya xərclərinin strukturu belədir: Aqrar və meliorasiya, ekoloji, hüquq mühafizə və məhkəmə hakimiyyəti orqanları, nəqliyyat, səhiyyə, mədəniyyət və idman sferası üzrə investisiyalar, içməli su təchizatı layihələri və Təhsil Nazirliyinin sərəncam verdiyi investisiya xərcləri.

Gələn il dövlət büdcəsindən Fövqəladə Hallar Nazirliyinə 141 milyon, Bakı Şəhər icra hakimiyyətinə 327 milyon, Prezidentin İşlər İdarəsinə 63 milyon manat ayrılıb. O cümlədən, İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik 121 milyon, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına 13 milyon, Tibb Universitetinə 15 milyon manat investisiya xərcləri bölünüb.