Suriya ilə Livanın sərhədində jurnalist qətlə yetirilib

Aprelin 9-da Suriyanın Livanla sərhədində - Livan tərədə çəkiliş aparan jurnalist güllə ilə vurularaq öldürülüb. Rəsmilər Al-Jadeed televiziyasının əməkdaşının Suriya tərəfdən atılan güllə ilə vurulduğunu deyirlər.

Aprelin 9-u səhər saatlarında Suriyadan açılan atəşlə Türkiyə ərazisində də qaçqın düşərgəsində suriyalı qaçqınlardan ikisi və türk tərcüməçi yaralanıb.

Suriyalı fəallar əmindirlər ki, hökumət qüvvələri Türkiyəyə keçmək istəyən müxalifət döyüşçülərinə atəş açıblar.