Suriya hakimiyyəti müxalifətdən yazılı təminat istəyir

Suriya hakimiyyəti ordunun şəhərlərdən çıxarılmasından əvvəl müxalifətdən yazılı təminat istəyir.

Suriya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, BMT-nin xüsusi elçisi Kofi
Annan ölkədə fəaliyyət göstərən terrorçu qrupların zorakılıqdan tam əl çəkəcəyinə hələ ki, yazılı təminat verməyib.

Suriya hakimiyyətinin qəbul etdiyi sülh planında aprelin 10-dan gec olmayaraq ölkədə zorakılıqların dayandırılması nəzərdə tutulur.

Amma bu müddətin yaxınlaşmasına baxmayaraq ölkədə toqquşmalar davam edir.