Seif al-Islama həbsdə hücum olub

Keçmiş Liviya lideri Muammar Qaddafinin  oğlu Seif al-Islama həbsdə hücum olub. Bu haqda Beynəlxalq Cinayət Məhkəməsinin rəsmisi Xavier-Jean Keita məlumat verib. O, hücumun təfərrüatları haqda ətraflı məlumat verməsə də bunun fiziki hücum olduğunu bildirib.
 
Seif al-Islam hazırda Tripolidən 180 kilometr aralıda yerləşən Zinten şəhər həbsxanasında saxlanılır.
 
Beynəlxalq Cinayət Məhkəməsi Seif al-Islamın verilməsini tələb edir. Liviya hakimiyyəti isə onun Liviyada mühakimə olunmasını istəyir.
 
Seif al-Islam keçən ilin noyabrında həbs olunub. O vətəndaş müharibəsi dövründə insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunur.