BMT-nin təhlükəsizlik şurası Malidə atəşi dayandırmağa çağırıb

BMT-nin təhlükəsizlik şurası Malinin şimalında atəşi dayandırmağa və hakimiyyəti mülki hökumətə qaytarmağa çağırıb.

Təhlükəsizlik şurasının yaydığı bəyanatda həmçinin əl Qaidə ilə əlbir yaraqlıların Maliyə soxulmasından narahatlıq bildirilir.

Martın 21-də Malidə hərbi çevriliş baş verib.

Separatçı Tuareq tayfasından olan üsyançılar isə bundan istifadə edərək ölkənin şimalənda bir sıra şəhərləri ələ keçiriblər.

Hərbçilər Mali hökumətini üsyançıların öhtəsindən gələ bilməməkdə günahlandırırlar.