Oğuz rayonunda yol tikintisinə 4,5 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezidentin rəsmi saytının məlumatına görə, 6 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki magistralı və Qumlaq-Xalxal avtomobil yolunun tikintisi üçün prezidentinin ehtiyat fondundan Oğuz Rayon İcra Hakimiyyətinə 4,5 milyon manat ayrılıb.